!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda müşahidə edilən SIXLIQ: "Metropoliten ötən illərdə daşıdığı sərnişinin optimal həddini daşımır" - AÇIQLAMA

!Reklam – Yazi

“Ənənəvi tədris başlayarkən 2019-cu ilin qrafikini əsas götürmüşük, çünki həmin dövr sərnişinlərə optimal xidmət göstərilən dövr olub”.

Bu fikirləri orta və ali məktəblərdə ənənəvi tədrisin bərpa edilməsinin metropolitenin fəaliyyətinə yansıması haqqında danışarkən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında səsləndirib.

Bəxtiyar Məmmədov zərurət yarandığı halda sıxlığın aradan qaldırlması üçün əlavə qatarların xəttə buraxıldığını qeyd edib:

“Tədrisin bir hissəsi sentyabrın 22-dən, bir hissəsi isə 29-dan başlayıb. Ancaq metropoliten yeni qrafikə sentyabrın 20-dən keçib. Yay dövrünə nisbətən optimal qrafikində sıxlaşdırma aparılıb. Gur saatlarda “28 May”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənir. Bu, texniki cəhətdən mümkün olan ən aşağı intervaldır. “28 May” metrostansiyasından sonra xəttlərimiz ayrıldığına görə “İçəri şəhər” və “Dərnəgül” istiqamətində qatarların intervalı 2 dəfə artıq olur.

Bundan başqa, ehtiyat qatarlar nəzərdə tutulub ki, onlar da zərurət yarandıqda mütləq şəkildə xəttə buraxılır. Bu, istisnasızdır.

Ənənəvi tədris başlayarkən 2019-cu ilin qrafikini əsas götürmüşük, çünki həmin dövr sərnişinlərə optimal xidmət göstərilən dövr olub. Buna rəğmən, monitorinqlərimizi saatbasaat davam etdiririk. Metropolitenin işində tələbə-müəllim heyətinin böyük çəkisi var. Bütün bunlar nəzərə alınır, öyrənilir. Sadəcə olaraq oktyabrın 10-dək olan dövrü biz sabitləşmə dövrü kimi öyrənirdik. Bilirsiniz, birinci kursda təhsil alan tələbələr və digərləri metrodan az istifadəğedirdilər və ya heç istifadə etmirdilər, onların metroya axışı baş verdi. Biz onların səmtini, yolunu müəyyən edirik, bundan sonra sabitləşmə gedir. Hər dövrün xüsusiyyətlərinə uyğun olaraq monitorinqlərimizin nəticəsini hər gün təhlil edir, ona uyğun addımlar atırıq. Həm də tək qatarları yox, sərnişin stansiyaya girəndən ta çıxana qədər”.

Bəxtiyar Məmmədov 2019-cu ilə nisbətən hazırda metropolitenin sərnişindaşımada optimal həddə çatmadığını bildirib:

“Yay dövründə orta sərnişin daşıma statistikası 399-400 min civarında idi. Sentyabr ayının özündə belə müəyyən dəyişikliklər olub. Sentyabr ayının ilk bazar ertəsindən sonra yay məzuniyyət dövrləri başa çatırdı və sərnişin artımı hiss olunurdu. Sonra aşağı siniflərdə tədris başladı ki, bunun də təsirləri az olmadı. Bütün bunlar da gündəlik sərnişin sayını 430 minə çatdırdı. Tədris tam başlayandan sonra isə böyük müqayisəli təhlil verməmişik. Gələn həftə bu müqayisəli təhlili də açıqlayacağıq. Ona görə gələn həftə biz monitorinqlərin nəticəsini dəqiq bilməliyik.

İstənilən həmkarımızla söhbətimdə deyirəm ki, söhbət normallaşmadan gedirsə, pandemiyadan əvvəl də sıxlıq var idi. Normallaşma buna deyirik. Açıqlığın olmasını gözləmək bir az yanlış olardı. Amma metropoliten hələlik 2019-cu ildə daşıdığı sərnişinin optimal həddini daşımır.

Məmnun olduğumuz hallar da var. Məsələn, sərnişinlərin qapıları tutub saxlaması halları azalıb, qaydalara daha çox riayət edilir. Bunların da əsas təsir səbəblərini öyrənirik”.

Aqil Bəkir

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv