Metroda ölüm hadisəsi baş verdi

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

Bu barədə Yenicag.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Qeyd edilib ki, dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
Allah rəhmət eləsin!