Metroda PROBLEM – Sərnişinlər düşürüldü – SON DƏQİQƏ

Bakı metrosunda Həzi Aslanov-Dərnəgül marşrutu üzrə hərəkət edən qatar “Nərimanov” stansiyasında olarkən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Yenicag.az- a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə “Nərimanov” elektrik deposuna yola salınıb:

“Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib”, – deyə açıqlamada qeyd olunub.