Metroda problem – Sərnişinlər qatardan boşaldıldı

metro_baku“Bu gün saat 10:30 radələrində “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində 22 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb”.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, “Nəriman Nərimanov” stansiyasında sərnişinlər qatardan boşaldıılıb və qatar baxış üçün depoya göndərilib: “Bundan sonra nasazlıq yaranan qatarın yerinə başqa qatar xəttə buraxılıb”.