“Dərnəgül-Bakmil” istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qrafikə uyğun olaraq “Bakmil” stansiyasından “Nərimanov” elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.