Metronun “Nizami” stansiyasında texniki nasazlıq yaranıb. Buna görə sərnişinlər problemlə üzləşib.
“Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
““Nizami” stansiyasında texniki nasazlıq səbəbi ilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib. Nəticədə bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb”.
Cəvahir