Metroda qadınlar arasında baş verən dava ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı görüntülər yayılıb.

İddia edilib ki, video “Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında qeydə alınıb.

Yenicag.az xəbər verir ki,bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.