Bakı metrosunda “yaşıl xətt” üzrə – “Əhmədli-Dərnəgül” marşrutu istiqamətində qatarların hərəkətində gecikmə qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu gecikmə stansiyalarda sərnişin sıxlığına səbəb olub. Hazırda qatarlar hərəkəti 8 dəqiqəlik intervalla təmin edilir.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC qatarlarda nasazlığın olduğu məlumatını paylaşıb.