!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda qatarların hərəkəti ləngidi - Sıxlıq yarandı

!Reklam – Yazi

Bakı metrosunda qatarların hərəkət intervalında gecikmələr yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisəyə səbəb sərnişin sıxlığıdır: “Bəzi stansiyalarda bu gün səhər saatlarında sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldıb. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, “İçərişəhər” və “20 yanvar” stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın azaldılması istiqamətində işlər görülür”.

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.

www.yenicag.az

4630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv