Metroda qatarların hərəkətində növbəti problem

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a bildirib ki, hadisə səhər saat 08:17 radələrində “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda baş verib.

Qatarda qəfil nasazlıq yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarlarda interval uzanıb.

Hazırda nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.