Metroda qəza – Qatarlar toqquşdu

Türkiyənin paytaxtı Ankarada metro qəzası baş verib.

Yenicag.az türk mediasına istinadən bildirir ki, qəza səhər saatlarında metro istifadəyə verilməzdən əvvəl baş verib. Məlumata görə, hadisə Kızılay-Batıkent stansiyaları arasında qeyd olunub. Texniki baxış keçirilən zaman qarşı-qarşıya hərəkət edən qatarlar toqquşub. Hər iki qatara ciddi maddi ziyan dəydiyi bildirilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar metro səfərləri təxirə salınıb.