Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov müəyən olunaraq polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətəlar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq olunub.