Metroda siqaret çəkən şəxs saxlanıldı – FOTO

Metroda siqaret çəkən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, şəxs müəyyən olunaraq saxlanılıb və hazırda araşdırma aparılır. Barəsində qanunamüvafiq tədbir görüləcək.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə metronun vaqonunda siqaret çəkən şəxsin görüntüləri yayılıb.