Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.
Bu barədə Yenicag.az-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edək ki, bu gün saat 19:00 radələrində “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.