Metrodakı partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır

Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.

Yeniçağ.az