Metronda YENİLİK: Bu stansiyalar vahid mərkəzdən idarə ediləcək

Bakı metropoliteninin bənövşəyi xətti üzrə istifadəyə verilən bütün metro stansiyaları vahid mərkəzdən idarə olunacaq.

Yenicag.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Əlixan Osmanov Bakı metropoliteninin yaranmasının 55 illiyinə həsr olunan bugünkü tədbirdə deyib.

Sədr müavini bildirib ki, bunun üçün metronun “Elmlər Akademiyası” stansiyasının binasında idarəetmə mərkəzi yaradılıb: “Sərnişinlər üçün görünməyən, lakin metropolitendə qatarların və bütün texniki vasitələrin idarə olunmasının mərkəzi “Elmlər Akademiyası” stansiyasının binasında yaradılıb. Mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Bənövşəyi xəttin stansiyaları tikildikcə həmin mərkəzdən idarə olunacaqlar”.