Aprelin 21-də “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı müvəqqəti olaraq bağlanılacaq.
Yenicag.az quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.
“Piramida” təmir işlərindən sonra sərnişinlərin isitfadəsinə veriləcək.