Bakı metrosunun “Nərimanov” və “Gənclik” stansiyalarının hər iki girişində əlavə “X-Ray” aparatı yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.
O bildirib ki, məqsəd yeni tədris ilində sərnişin axınını qismən də olsa tənzimləməkdir: “Həmin aparatların metronun digər stansiyalarında da yerləşdirilməsi infrastrukturdan asılıdır”./report