!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun “Nizami” stansiyası dəyişəcək – FOTO

!Reklam – Yazi

nizami_metro_stationBakı metropoliteninin “Nizami” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi davam edir.

Yenicag.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, stansiyanın hər iki qatar yolunun divarları tam təmir olunaraq istifadəyə verilib. Hazırda platforma səviyyəsində və platformaaltı hissədə təmir işləri aparılır:

“Nizami” stansiyasında ilk dəfədir ki, bu miqyasda əsaslı təmir işləri aparılır. Qeyd edək ki, stansiya mürəkkəb hidrogeoloji şəraitdə tikilib. 1976-cı ildə istifadəyə verilmiş dərinözüllü stansiya həmçinin aqressiv sularla əhatə olunub. Elə bu səbəbdəndir ki, axıntılar nəticəsində dəmir-beton konstruksiyalar korroziyaya məruz qalır. Korroziyaya məruz qalan ərazi, sadəcə, tunel deyil. Platforma divarlarında və platformaaltı sahələrdəki konstruksiyalarda da bu hal müşahidə edilir. Uzun müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannolarda da qopma təhlükəsi yaranıb. Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı”.

N.Paşayev bildirib ki, stansiyada aparılan təmir işlərinin əsas məqsədi məhz Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannoların elementlərində əmələ gələn qopmaların və platforma divarlarındakı mərmər üzlüklərin düşmə təhlükəsinin qarşısını almaq, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsindən ibarətdir:

“Mozaik pannoları divarlara birləşdirən dəmir konstruksiyalar tam korroziyaya uğradığı üçün onların dəyişdirilməsi və möhkəmləndirilməsi prosesi davam edir. Təbii ki, dünyanın ən gözəl, memarlıq baxımından göz oxşayan stansiyaları arasına düşən “Nizami” stansiyasındakı mozaik pannoların əvvəlki görkəminə qaytarılması, bərpası əsas məqsədlərdəndir. Bu pannolar, ilk olaraq, bütöv halda divardan ayrılır, daha sonra arxasındakı dəmir konstruksuyalar dəyişdirilir, xüsusilə pannonun arxa hissəsində korroziyaya və nəmişliyə qarşı qoruyucu maddələrdən istifadə olunur. Mozaik panno yerinə bərkidildikdən sonra onun üzərində bərpa və möhkəmləndirmə işləri aparılır”.

Stansiyadakı pannoların müəllifi boyakar, qrafik və teatr rəssamı, professor Mikayıl Abdullayevdir. Hazırda pannoların bərpası ilə məhz peşəkar rəssamlar – Mikayıl Abdullayevin tələbəsi olmuş Zöhrab Cabbarov, keramika üzrə mütəxəssis Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar.

Bundan başqa, stansiyada havalandırmanı yaxşılaşdırmaq məqsədilə platformaaltı xidməti otaqların divarları sökülür. Stansiyanın baş tərəfində işçilər üçün daha yaxşı şəraitli xidməti otaqlar tikilir. Korroziyaya məruz qalmış bütün konstruksiyalar dəyişdiriləcək. Stansiyanın tavan hissəsi də sökülərək yenidən qurulacaq, divarlardakı mərmər örtük yenilənəcək.

Qeyd edək ki, işlər metropolitenin daxili imkanları hesabına QSC-yə daxil olan strukturlar tərəfindən aparılır.

Yenicag.az

www.yenicag.az

1355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv