!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“”Metropark”a bomba qoyulub” deyən şəxs tutuldu

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkəzində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

Yenicag.az

www.yenicag.az

909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv