Metroya maskasız daxil olan sərnişinləri kim cərimələyəcək? – AÇIQLAMA

“Biz yalnız səlahiyyətimiz daxilində qaydalara uyğun fəaliyyət göstərəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov bildirib.

Zaur Hüseynov qeyd edib ki, metro stansiyalarına maskasız daxil olan sərnişinlərin cərimələnməsi metropolitenin səlahiyyətində deyil:

“Üzərimizə düşən əsas vəzifə qaydalara uyğun nəzarət həyata keçirməkdir. Metro stansiyalarında sıxlığın aradan qaldırılması üçün bütün tədbirlər görüləcək. Ona görə də stansiyalarda sərnişinlərə nəzarət ediləcək. Əgər sıxlığı aradan qaldırmaq mümkün olmasa, metro yenidən bağlana da bilər”.

Gülşən Şərif