Ermənistanın Metsamor Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə stansiyanın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə AES-in fəaliyyəti dayandırılıb.
Beləliklə stansiya 2020-ci il iyulun 1-i saat 00.00-dan 65 gün müddətinə – 2020-ci il sentyabrn 3-dək işləməyəcək./Report/