!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Metsamorda növbəti Çernobıl faciəsinin təkrarlanmaması üçün hərəkətə keçilməlidir” – Elməddin Behbud

!Reklam – Yazi

10628139_10152613432158645_1103302067403671956_n“Metsamor AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün regionun vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları hərəkətə gətirməli və rəsmi İrəvandan təsirli addımların atılması tələb olunmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud Metsamor AES-in əleyhinə QHT-lərin beynəlxalq Koalisiyasının yaradılması təklifinə münasibət bildirərkən belə deyib.

E.Behbud qeyd edib ki, 1976-cı ildə istifadəyə verilən Metsamor Atom Elektrik stansiyasının istismar müddəti 30 il nəzərdə tutulmuşdu:

– Beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, Metsamor AES-də indiyədək 106 qəza baş verib. Burada diqqəti çəkən məsələlərdən biri də 2001-ci ildə Ermənistanın Avropa Şurasına qəbul olunarkən qarşısına qoyulan tələblərdən biri də AES-nin bağlanılması şərti idi. Ancaq enerji ehtiyaclarını qarşılamaq üçün alternativi olmadığından Ermənistan bu günədək AES-i bağlamaqdan imtina edir. Metsamor AES-in nüvə tullanlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində basdırılması haqqında faktlar mövcuddur. Eyni zamanda AES-ə məxsus radioaktiv maddələrin satılması ilə bağlı da çoxsaylı məlumatlar var. Bu cür nüvə materiallarının bütün dünyanı terror aksiyaları ilə hədələyən, qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid olan İŞİD, Əl-Qaidə və digər bu kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə üzləşə biləcəklərimizi təsəvvür etmək düşünürəm ki, o qədər də çətin deyil.“Metsamor” Atom-Elektrik Stansiyasının hazırda təhlükəli vəziyyətdə olan və işləyən 2 enerji blokunun nəzərdə tutulan istismar resursu artıq tam tükənib. Bir çox beynəlxalq ekspertlər bəyan ediblər ki, elektrik enerjisi hasilatından bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud “Fukusima-1” AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə yaxınlaşdırır. Uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də ciddi qəza baş verəcəyi təqdirdə Ermənistanın özü ilə bərabər, azı ətraf 4 ölkə üçün böyük fəlakət yaradacaq. Milyonlarla insan nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Unutmamamlıyıq ki, regionda böyük miqyaslı fəlakət baş verəcəyi halda bu bütün dünyanın faciəsinə çevriləcək, onun ağır nəticələrinə bütün dünya qatlaşmalı olacaq. Bu cəhətdən Metsamor AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün regionun vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları hərəkətə gətirməli və rəsmi İrəvandan təsirli addımların atılması tələb olunmalıdır. Bu baxımdan Şura sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin Metsamor AES-lə bağlı QHT-lərin beynəlxalq Koalisiyasının yaradılması təklifi çox faydalı və həyata keçirilməsi son dərəcə zəruri olan məsələdir. Xüsusi ilə vətəndaş cəmiyyəti institutlarının daha çox inkişaf etdiyi Türkiyə və Gürcüstanın QHT-ləri bu məsələyə münasibət bildirməli və koalisiyanın yaradılmasında fəal iştirak etməlidirlər. AES-lərin mövcud olduğu və bu sahədə xeyli təcrübəyə malik olan İran da artıq istismar müddəti bitmiş Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün Ermənistana təzyiq göstərməlidir. Biz əl-ələ verib, güclərimizi səfər edib növbəti “Çernobıl”, “Fukusima-1” faciəsinin təkrarlanmasına imkan verməməliyik.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  sədri, millət vəkili  Azay Quliyev “Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası” yaradılması təklifi ilə çıxış etmişdi.

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv