Mevlüt Çavuşoğlunun içərisində olduğu avtomobil yandı

cavusogluÖlkənin sabiq xarici işlər naziri Mevlüt Çavuşoğlu avtomobilində qəza keçirib.

Lakin qəza avtomobillərin toqquşması ilə bağlı olmayıb. Belə ki, yolda hərəkətdə olarkən sabiq nazirin xidməti avtomobilinin mühərrik hissəsi qəflətən yanmağa başlayıb.

Hadisə Antalya şəhərindəki Gazi bulvarının ətrafında baş verib. “Mercedes” markalı minik avtomobilin mühərrik hissəsi gözlənilmədən yanmaya başlayıb və nəticədə mühərrik sıradan çıxıb. Hadisə zamanı Mevlüt Çavuşoğlu avtomobildə olub(modern).