Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Məxfi dövlət sənədlərinin ictimailəşdirilməsi qadağandır” – Sabiq dövlət məmuru

Reklam: Sinerji Pro

“Belə məxfi iclasların stenoqramı Ümumi Şöbədə saxlanılır və heç kimə verilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keçmiş baş nazir Pənah Hüseynin Dövlət Müdafiə Komitəsinin 26 may 1993-cü il tarixli məxfi iclasının protokolunu ictimailəşdirməsinə münasibət bildirən hüquq sahəsində çalışmış, adının çəkilməsini istəməyən yüksək ranqlı sabiq dövlət məmuru deyib.

Keçmiş məmurun sözlərinə görə, mühüm əhəmiyyətli məxfi dövlət sənədlərinin şəxsi əllərə keçməsi və ictimailəşməsi qadağandır:

“Belə məxfi iclasların stenoqramı Ümumi Şöbədə saxlanılır və heç kimə verilmir. Yəni o cür stenoqramların şəxsi əllərə keçməsi və ictimailəşdirilməsi qəti şəkildə qadağandır.

O cür stenoqramlar məxfi dövlət sənədləri hesab olunur. O sənədlər Ümumi Şöbə tərəfindən hətta dövlət məmurlarına belə tanışlıq üçün yazılı iltizam əsasında cəmi bir neçə saat müddətinə verilir və eyni qaydada da təhvil alınır”.

A.Zeynalov

www.yenicag.az

3088