!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məxfi Türkiyə-İran müzakirələri: Ankara ilə Tehran niyə anlaşa bilməyib?

!Reklam – Yazi

15577514_775873712561137_1210072069_nABŞ-ın Beynəlxalq Böhran Qrupu 2013-cü ildə Türkiyə ilə İran arasında Suriyada sülhün təmin olunmasına yönələn məxfi danışıqların aparıldığını iddia edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə arasında aparılan müzakirələr zamanı İranın İslam İnqilabı Keşikçiləri korpusunun xarici əməliyyatlar blokunun komandanı Qasım Süleymaninin hazırladığı layihə Ankara tərəfindən rədd edilib. 3 il əvvəl Türkiyə ilə İranın Suriya məsələsində ortaq məxrəcə gələ bilməmələrinin əsas səbəbi kimi tərəflər arasında qarşılıqlı etimadın olmaması göstərilib. Məlumata görə, Q.Süleymaninin hazırladığı layihədə Suriya prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılması, milli birlik hökumətinin qurulması və Konstitusiya islahatının həyata keçirilməsi məsələləri əks olunubmuş. Bu prosedurların ardınca isə atəşkəs elan olunmalı BMT-nin nəzarəti altında həm prezident, həm də parlament seçkilərinin keçirilməsi nəzərdə tutulubmuş.
Böhran Qrupunun açıqladığı bu məlumatda iddia olunur ki, Türkiyənin həmin layihəni rədd etməsi Bəşər Əsədin Suriya siyasətində mövcudluğu ilə razılaşmamaq mövqeyindən qaynaqlanıb. Eyni zamanda, o dönəmdə İran xarici işlər naziri Cavad Zərifin türkiyəli həmkarı Əhməd Davudoğlu ilə uzun müddət apardığı Suriya müzakirələrinin də B.Əsədə münasibətdə mövqelərin toqquşması səbəbindən nəticəsiz qaldığı vurğulanıb. Böhran Qrupuna görə, o zaman Türkiyə hökuməti B.Əsədin öz hakimiyyətini zəiflədəcək təşəbbüsləri qəbul etməyəcəyini, ümumiyyətlə, onun tezliklə məğlub olacağını düşünürdü.

İddia müəllifləri hesab edirlər ki, Türkiyə ilə İranın Suriya məsələsində anlaşa bilməməsi daha çox bu ölkələr arasında mövcud olan tarixi qarşılıqlı etimadsızlıqdır. Hətta danışıqların getdiyi müddətdə də Türkiyə İranı terrorçu PKK-ya dəstək verməkdə, İran isə Türkiyəni Suriya müxalifətini müdafiə etməkdə günahlandırırdı. İddiaya əsasən, Türkiyə İranı həm də tarixi Osmanlı torpaqlarında şiə zolağı yaratmaq cəhdində ittiham edib. Qeyd edilir ki, İran B.Əsədin xeyrinə olacağını düşünərək, terrorçu PKK-nın Suriya qolu olan PYD-nin hərbi cinahı YPG-yə hərtərəfli dəstək verib. O dönəmdə PKK və onun Suriya qolunun Türkiyədə terror hücumlarını gücləndirmələri məhz İranın verdiyi dəstəklə əlaqələndirilib.

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv