“Meydan TV” erməni diasporuna xidmət edir– FOTOFAKT

Bir neçə ildir ki, özlərini müstəqil gənc adlandıran, lakin Avropa və Ermənistanın maraqlarına xidmət edən bir qrup gənclərin yaratdığı “Meydan Tv” adlı internet televiziya Azərbaycan əleyhinə fəaliyyətini davam etdirməkdədir.

“Meydan” adlanan bu anti-Azərbaycan layihəsinin məqsədi Azərbaycanın imicinə zərbə vurmaq, Qarabağ həqiqətlərini ermənilərin xeyrinə dəyişmək, Azərbaycan dövlətinə, Prezidentinə qarşı qara piar aparmaqdır.

“Meydan TV”-nin əsasən maddi vəsaiti erməni diasporundan və Azərbaycana qarşı ikili standartlar bəsləyən bəzi Qərb ölkələri tərəfindən təmin olunur.

“Meydan tv” rəhbərlərindən olan və özünü bloqqer adlandıran, lakin Azərbaycandan çox ermənilərə xidmət edən Həbib Müntəzir və Emin Millidir.

Ən maraqlısı da odur ki, bu vətən xainləri ermənilərlə əməkdaşlıqlarını gizlətməyə çalışsalar da ara-sıra özlərini ifşa edirlər. Belə ki bu günlərdə Ermənistanda Azərbaycan əleyhinə sərt çıxışları ilə seçilən erməni diasporunun fəallarından olan jurnalist Onnik J. Krikorian sosial şəbəkələrdə “meydan tv” üçün işçi axtarışına çıxıb və 1000 $ əmək haqqı vəd edib.

Bu olaylar deməyə əsas verir ki, Həbib Müntəzir və Emin Millinin bilavasitə maliyələşməsində ermənilərin böyük rolu var.

Qeyd edək ki, Onnik Ceyms Krikorian Britaniyada yaşayan erməni jurnalistdir aktiv diaspora və lobbiçilik fəaliyyəti ilə məşqul olur. 2013-cü ildən Tiflisdə keçirilən “4M Journalism and Social Media” forumunda təşkilatçı kimi aktiv iştirak edir. Forum Güney Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yerə toplayır və təşkilatçılara lazım olan ideyalarla təlimatlandırır. Daha sonra onlar layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə yənəldilirlər.

Meydan TV üçün verilən elanda deyilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tiflisdə yerləşmək şərtilə layihə meneceri axtarılır. 1000 avro az pul deyil. Bəs özünü qeyri-kommersiya qurumu kimi təqdim edən “Meydan TV” işçilərinə bu pulu haradan ödəyəcək? Şübhəsiz ki, Krikorianın da bağlı olduğu erməni şəbəkəsinin cibindən.(diaspor.az)

Yenicag.az

COP29