Bakı hava limanında saxlanılaraq, “Bandotdel”ə aparılmış 3 xanım jurnalist bu dəqiqələrdə sərbəst buraxılıblar.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, onlar Meydan TV və məlum Mingəçevir hadisələri ilə bağlı sorğu-sual ediliblər.
* * * 10:42
“Meydan” TV ilə əməkdaşlıq edən 3 xanım jurnalist – Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva Bakı hava limanındakı sərhəd keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanıb və DİN əməkdaşlarına təhvil verilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, onlar sentyabrın 19-da Kiyevdən media təlimindən qayıdırmışlar.
Saxlanan jurnalistlər DİN Hava Nəqliyyatında Polis İdarəsindən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.