Meydana girən it və “Neftçi”nin qələbəsi – VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun növbəti oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, artıq həmin oyunlardan biri başa çatıb. Gəncədə yerli “Kəpəz” əzəli rəqibi “Neftçi” ilə qarşılaşıb. Oyun paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Uzun fasilədən sonra Gəncədə ev oyununa çıxan “Kəpəz” doğma stadionun yenilənmiş qazonundakı siftəsində məğlubiyyətlə üzləşib.

Azərbaycan Premyer Liqası
9-cu tur
21 oktyabr (şənbə)

“Kəpəz” – “Neftçi” 0:1
Qol: R.Abışov, 41.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
Gəncə şəhər stadionu.

“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 24. Məhəmməd Qurbanov, 7. Sergey Çernişev, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 17. Əli Səmədov, 19. Aydın Qasımov, 2. Yusif Cəfərov, 12. İlyas Səfərzadə, 16. Azər Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 6. Rəşad Sadiqov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas.
Ehtiyat oyunçular: 44. Sənan Əlizadə, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek.
Baş məşqçi: Tərlan Əhmədov.

COP29