!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meyit tapılan gün İlkin harada olub? - 10 yaşlı Nərminin qətli ilə bağlı ZİDDİYYƏT

!Reklam – Yazi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Yenicag.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin tələbi ilə dindirilməsi təmin olunan iki şahid ifadə verib. İclasda ifadə verən şahid Rüstəm Süleymanov Nərmin itkin düşdüyü müddətdə İlkinlə birlikdə toya getdiklərini deyib. Onun sözlərinə görə, İlkinlə gecə saat 1-ə kimi toyda olublar.

Məhkəmədə ifadə verən digər şahid isə deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan iki gün əvvəl İlkin Süleymanov və atası İbrahim Süleymanovla birgə yas mərasiminə gediblər:

“İlkin evdə oğurluq uşaq saxlayırdısa, nəyə görə yas yerinə gedirdi? Yas yerinə bir evdən bir nəfərin getməsi hər halda kifayət edərdi. Bundan başqa, yanmış meyit tapılan gün də İlkin Süleymanov Gəncədə yas yerində olub”.

Proses iyunun 7-də davam etdiriləcək.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv