Meyiti tapılan neftçilərin ölüm səbəbi məlum oldu

1449556823_dfa4b69fbd47a35b8e93f11368834e11 (1)Onlar bu gün dəfn ediləcək

Dünən Xəzər dənizində meyitləri tapılan 6 neftçinin hamısının suda boğulma nəticəsində vəfat etdiyi müəyyən edilib. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tağıyev Fuad Tahir oğlu və 1968-cı il təvəllüdlü Mahmudov Ağa İzzət oğlunun cəsədləri Xətai, 1984-cü il təvəllüdlü Mayılovulma nəticəsində vəfat etdiyi müəyyən edilib. Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlunun cəsədi isə Sabunçu morqunda müayinə edilib və onların hamısının suda boğulma nəticəsində öldüyü müəyyənləşib. 6 neftçinin cənazəsi artıq ailələrinə təhvil verilib və bu gün ərzində dəfn ediləcək.

Qeyd edək ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş məlum hadisədən sonra itkin düşmüş daha 23 nəfərin axtarışları davam etdirilir.