Meyiti tapılan neftçinin kimliyi məlum olub

gunesli_yangin_026Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilən cəsədin DNT analizinin nəticələri məlum olub.

Ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ‘Günəşli’ yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.