Reklam

Reklam

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən xəbərə görə, meyit üzərində ilkin müayinə bitib, hazırda genetik müayinə aparılır. Ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb.

Meyiti tapılan şəxsin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən biri – operator Cavid Bəhramov olduğu bildirilir.

Qeyd edək ki, martın 4-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb.

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."