Ümumdünya Səhiyyə Təşkilatının “fövqəladə vəziyyət” elan etdiyi meymunçiçəyi virusu Konqoda 570 nəfərin ölümünə səbəb olub.
Yenicag.az xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) səhiyyə naziri Rocer Kamba açıqlamasında ölkədə meymunçiçəyi virusunun yayılması ilə bağlı son məlumatları paylaşıb.
Kampa, bu ilin əvvəlindən bəri 16,700 təsdiqlənmiş və ya şübhəli meymunçiçəyi hadisəsinin aşkar edildiyini söyləyib.
Epidemiyanın Afrikada 17 ölkəyə yayıldığını bildirən Kampa, gənc əhalini, xüsusilə 15 yaşdan kiçik uşaqları təsir etdiyini ifadə edib.