!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meyvə-tərəvəzin qiymətini “alışdıran” SƏBƏBLƏR: “Məmur inhisarçılığı olmasa...” – Keçmiş deputat

!Reklam – Yazi

“Yerli meyvə-tərəvəzin çoxdan bazara çıxarılmasına baxmayaraq, onların qiyməti hələ də düşmür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında, yay mövsümünün çoxdan başlamasına rəğmən, meyvə-tərəvəzin qiymətinin azalmaq əvəzinə, artmasının səbəblərinə aydınlıq gətirən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, bazarlarda müşahidə olunan bahalığın əsas səbəbi məmur inhisarçılığıdır:

“Kənddə yaşayan və meyvə-tərəvəz əkib-yetişdirən insanların ucuz kredit resursuna çıxışının olmaması da qiymətlərin artmasında böyük rol oynayır. Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin və müxtəlif qurumların dövlət büdcəsi hesabına bizneslə məşğul olmaları, nəticədə bu cür bahalaşmaya gətirib çıxarır. Daha konkret desək, dövlət qurumlarının biznesə baş vurmaları məmurlara öz monopoliyalarını qurmaq imkanı yaradır. Əslində isə bu iş birbaşa sahibkarlara həvalə olunmalı, onların bazarlara, yarmarkalara çıxışı asanlaşdırılmalıdır. Mövsümün çoxdan başlamasına, yerli meyvə-tərəvəzin çoxdan bazara çıxarılmasına baxmayaraq, onların qiyməti hələ də düşmür. Əhali bahalıqdan narazılıq etməkdə haqlıdır”.

Firuz Asanov

www.yenicag.az

2718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv