Meyxanaçı Elza Seyidcahanla qalmaqal HAQDA: “Bizim aramızda olan bütün söz-söhbət…”

“Ondan sonra mənim tərəfimdən Elza xanıma nə zəng, nə münasibət, nə də bir sözləşmə olub”.

Bu fikirləri Əməkdar artist Elza Seyidcahanın onu polisə şikayət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən tanınmış meyxanaçı Vüqar Əbdülov Yenicag.az-a açıqlamasında deyib.

O, çoxdan baş vermiş bir məsələnin yenidən gündəmə gətirilməsinə qarşı çıxıb:

“Bu hadisə iki-üç ay əvvəl olub. Polis İdarəsindən çağırış gəldi, Elza xanımla görüşdük, danışdıq, razılaşdıq, barışdıq. Ondan sonra mənim tərəfimdən Elza xanıma nə zəng, nə münasibət, nə də bir sözləşmə olub.

Yenidən bu məsələnin hansı səbəbdən şişirdildiyini də bilmirəm. Bu, heç mənə maraqlı da deyil. Bizim aramızda olan bütün söz-söhbət, münasibət bitib”.

Qeyd edək ki, Seyidcahan Vüqar Əbdülovun “Meyxəbər” verilişində onun şeirləri barəsində fikir söyləməsini əsas gətirərək bu addımı atdığını bildirib.

Cəvahir

COP29