Meyxanaçı Kərim oğlunu nişanladı – Gəlin kimlərdəndir?

Tanınmış meyxanaçı Kərimin ailəsində ilk dəfə olaraq toy səsi eşidiləcək.

Bu barədə Yenicag.az-a meyxanaçının bacısıoğlu Rüstəm Cənnətov məlumat verib. Məlumata görə, meyxanaçının oğlu Kamilin nişan mərasimi olub. Artıq toy tarixi də müəyyənləşib. Belə ki, toy mərasimi gələn ilin may ayında baş tutacaq.

Qeyd edək ki, Kərim üç övlad – iki qız, bir oğlan atasıdır. 20 yaşlı Kamil sənətçinin böyük övladıdır. O, ailənin razılığı ilə qohum qızla nişanlanıb.

Cəvahir