Uzun müddətdir ki, insultdan əziyyət çəkən tanınmış meyxana ustadı Ağakərim Novruzovun səhhətində heç bir irəliləyiş yoxdur.
Bu sözləri atasının səhhəti barədə danışarkən sənətçinin oğlu Kamil Novruzov Yenicag.az-a açıqlamasında deyib.
O, meyxana ustadının səhhətinin stabil olaraq qaldığını bildirib:
“Atamın səhhəti stabildir, sonuncu dəfə ekranlarda necə görünübsə, elədir. Dəyişiklik yoxdur. Evdə müalicəsi də davam edir, həkimlər nəzarətdə saxlayır. Amma təəssüf ki, heç bir nəticə yoxdur. Ümidimiz Allahadır”.
Cəvahir