Meyxanaçı Samirə: “Belə getsə, metronun qabağında dilənəcəyik”

“Hərdən söyürəm bu koronavirusu ki, sənin atabaatana lənət. Gəldin, hər şeyi məhv etdin. Bir yandan da deyirəm ki, bu virus insanlara göndərilən bir imtahandır. İnsanlara görk olmalıdır ki, pislik etməsinlər, haqqın yolundan dönməsinlər”.

Bunu Yenicag.az-a açıqlama verən meyxanaçı Samirə Yusifqızı koronavirusu lənətləyərkən deyib.

Sənətçi pulsuzluqdan da gileylənib:

“Bircə bu virus tez rədd olub getsin ki, biz də özümüzə gün ağlayaq. Adətən Ramazan və Məhərrəmlik girəndə bir aylıq pul saxlayırdıq ki, dolana bilək. İndi təsəvvür edin, aylardır toy yox, dolanmağa pul da yox. Belə getsə, metronun qabağında əl açıb dilənəcəyik. Ya havalanacam, ya özümə qəsd edəcəm. Pulsuzluq axırımıza çıxdı. Hələ Allah üzümüzə baxıb ki, dövlətimiz bu işin üstünə tez düşdü. Yoxsa İran, İtaliya, İspaniyanın gününə qalardıq. Təki bu virus tez rədd olub getsin, sağlamlığımız çox önəmlidir. Qalan hər şey yavaş-yavaş düzələr”.

Cəvahir