Meyxanaçı Samirə Yusifqızı ilə tanınmış vəkil Şəfiqə Nağıyeva arasında qalmaqal yaşanıb. Vəkilin meyxanaçı ilə bağlı səsləndirdiyi ”Samirənin özü yaşında oğlu, qızı var, onun ərə getməsinə razı deyiləm”,- ifadəsi qarşı tərəfi özündən çıxarıb.
Yenicag.az-a açıqlama verən S.Yusifqızı başqalarının fikirlərinin önun üçün önəmli olmadığını bildirib:
“Heç kimin fikri mənim üçün önəmli deyil. Evimdə pulum, çörəyim olmayanda, kimsə gətirib mənə çörək verib?Gərək əlində 3-4 kişi saxlayasan, qıraqda kiminləsə gedib min hoqqadan çıxasan, sonra desinlər ki, bu yaxşıdır, ərə getməyib. Ərə getmək günahdır? Hərəsinin dalında özü boyda quruğu var, getsinlər öz quyruqlarına baxsınlar…”
Qeyd edək ki, Ş.Nağıyeva bu fikirləri ARB-nin “Elgizlə izlə” verilişində səsləndirib.
Hər iki videonu təqdim edirik:
Cəvahir