“Ustad meyxanaçılarımız Nizami Rəmzi, Ağasəlim Çıldağın gözəl səsi olub, oxuyublar, səsləri, musiqiləri bu gün də sevilir”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov “Günaydın Azərbaycan”da deyib.
O, tanınmış meyxanaçıların mahnı ifaçılığını da qiymətləndirib:
“O vaxtlar Pərviz meyxana məclislərinə gəlmirdi, gələndə də yola verirdi, çünki başı Türkanla duetlərə qarışmışdı. Onda da demişdim, indi də deyirəm, Pərviz Bülbülə yaxşı meyxanaçıdır, şairdir, öz sənətinin ustadıdır, amma müğənni deyil.
Bizim ustad meyxanaçılarımız Nizami Rəmzi, Ağasəlim Çıldağın gözəl səsi olub, oxuyublar, səsləri, musiqiləri bu gün də sevilir. Bu, elə-belə şey deyil, bunun üçün illər lazımdır.
Amma Pərviz müğənni deyil, sadəcə, musiqili meyxana deyir. Namiq Qaraçuxurlu oxuya bilir. O, Aygün Kazımovadan əyani, qiyabi dərs aldı, püxtələşdi, əməlli-başlı Akademiya bitirdi”.
Nehru