“Biz əslində pozuntu baş vermiş məntəqələrin nəticələrinin ləğvinə meylliyik”.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır: “Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”.
“Biz pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra araşdırmağa davam edəcəyik”-deyə M. Pənahov bildirib. MSK sədrinin sözlərinə görə, istənilən halda seçki komissiyaları bunların baş verməsinə görə günahkardır.