!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məzahir Pənahov: "Səsvermə bülletenlərinin paylanmasına ucqar bölgələrdəki seçki məntəqələrindən başlanılacaq"

!Reklam – Yazi

Prezident seçkiləri ilə bağlı çap edilmiş səsvermə bülletenlərinin paylanmasına ilk növbədə ucqar bölgələrdəki seçki məntəqələrindən başlanılacaq.

Yenicaq.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

“Yaxın məsafədəki ərazilərdə bülletenləri əldə etmək asandır”, – deyə, o, əlavə edib.

Qeyd edək ki, bu gün səsvermə bülletenlərinin çapına başlanılıb. Ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub. Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.

www.yenicag.az

2653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv