Məzar daşına monitor quraşdırıldı – FOTO

Rusiyada qəbir daşına monitor quraşdırılıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qeyri-adi hadisə Novosibirsk şəhərində baş verib.

Məzar daşında mərhum şəxs haqda hərəkətli məlumatlar təsvir olunur.

Məzar daşının memarı Pavel Babkin bildirib ki, 2018-ci ildə dünyasını dəyişən atası üçün də bu üslubda qəbir daşı hazırlayıb.

Qeyd edək ki, ekspertlər kornavirusdan ölüm hallarının artması səbəbilə rusiyalı sahibkarların dəfn biznesi ilə maraqlandıqlarını bildirmişdilər.