Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Məzarlar yenicə dağıdılıb” - “Amnesty International” Kəlbəcərdə - FOTOLAR

“Mina əraziləri, devrilmiş tanklar, atılan hərbi dəbilqələr və Dağlıq Qarabağda Kəlbəcərə gedən yolda tərk edilmiş hərbi müdafiə mövqeyi. Bu yaxınlarda Azərbaycanın Ermənistandan geri aldığı ərazi”, – deyə o qeyd edib.Baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən “Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndə Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb.

Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib.

O, paylaşımlarından birində Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki evlərin dağıdılmasından yazıb:

“1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb”.

“Mina əraziləri, devrilmiş tanklar, atılan hərbi dəbilqələr və Dağlıq Qarabağda Kəlbəcərə gedən yolda tərk edilmiş hərbi müdafiə mövqeyi. Bu yaxınlarda Azərbaycanın Ermənistandan geri aldığı ərazi”, – deyə o qeyd edib.

Donatella Rovera əlavə edib ki, Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları da dağıdılıb.

Eləcə də, xüsusilə vurğulayıb ki, Azərbaycanın 27 illik işğalından sonra ərazini tərk edən ermənilər görünən bəzi məzarları yenicə dağıdıblar.

 

www.yenicag.az

318