Dünən Fransada yaşayan azərbaycanlı hüquq-müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarlığının murdarlandığı barədə məlumat yayılıb. Məsələyə münasibət birmənalı olmayıb. Hətta bəzilərinin iddiasına görə, bu işi Vidadi İsgəndərlinin göstərişi ilə öz yaxınları törədib.
Bəs bu məlumatlar həqiqəti əks etdirirmi?
Göyçay Rayon İcra Hakimiyyətinin müavini İkram Vəliyev Yenicag.az-a açıqlamasında bu haqda danışıb:
“Yayılan məlumat yanlışdır. Həmin məzarlığa baş çəkilib, orada heç nə aşkarlanmayıb. Polis orqanları, yerli icra və bələdiyyə nümayəndələri əraziyə baş çəkib. Bu məlumat şantaj xarakterlidir. Nə baş daşına toxunulub, nə də ki ətraf əraziyə… Məzarlıq murdarlanmayıb. Bəlkə də videoda başqa bir yer göstərilib”.