Məzənnədə yeni rəqəmlər

dollaravroesas283Bu gün sentyabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0480 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0063 manat və ya 0,54% artaraq 1,1795 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% ucuzlaşaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.