Məzənnədə yeni rəqəmlər

dollaavroesas222Bu gün noyabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 1,0513 manat olub.

Beləliklə, dekabrın ilk günündə dolların məzənnəsi noyabr ayı üzrə maksimumu yeniləyib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0013 manat və ya 0,12% azalaraq 1,1117 manata enib. Qeyd edək ki, bu, cari ilin aprelin 14-dən etibarən avronun məzənnəsi üçün ən aşağı göstəricidir. Aprelin 14-də avronun manata qarşı rəsmi məzənnəsi 1,1106 manat olub. Beləliklə, avro 8 aylıq minimumu yeniləyib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 0,0159 manat səviyyəsində qərarlaşıb.