Məzənnədə yeni rəqəmlər

dollaresas27d15Bu gün dekabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 29-u ilə müqayisədə 0,1% və ya 0,0016 manat artaraq 1,5594 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,28% və ya 0,0048 manat azalaraq 1,7046 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0216 manat səviyyəsində qərarlaşıb.