Miçel “Qarabağ”a qoşuldu

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunun hazırlıqlarına start verib.

Yenicag.az xəbər verir ki, “Qəbələ”ylə XV turun matçından sonra istirahətə buraxılan komanda bu gündən “Səbail”lə qarşılaşmaya hazırlaşmağa başlayıb.

Ötən turu zədə səbəbindən buraxan Miçel problemi arxada qoyaraq, komanda ilə birgə çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” matçı fevralın 18-də keçiriləcək. Oyun saat 17:30-da start götürəcək.

COP29